Hyundai ortamühərrikli "qaynar" hetçbek üzərində işləyir

Hyundai şirkəti Racing Midship konsept avtomobillərinin əsasını qoyduğu orta mühərrikli “qaynar” hetçbek üzərində işləri davam etdirir. Bu barədə Top Gear nəşrinə müsahibəsində Hyundai N idman bölümünün rəhbəri Albert Birman söyləyib.

“Bəli, biz belə bir avtomobilin üzərində işləyirik, - Birman çalışmaların aparıldığını təsdiq edib. – Hazırda Racing Midship konseptinin üç variant üzərində təcrübələri davam etdirirk. Müxtəlif həll yollarını və yanaşmaları sınaqdan keçiririk. Ümid edirəm ki, nə vaxtsa Hyundai N xəttində belə bir avtomobil peyda olacaqdır”.

Xatırladaq ki, ortamühərrikli Racing Midship (RM14) konseptinin ilk variant 2014-cü ildə işıq üzü görüb. Prototipi Veloster modelinin əsasında inşa edərək onu 300 at qüvvəsi hasil edən 2,0-litrlik Theta GDI turbomühərriki ilə təchiz etmişdirlər. Bir il sonra isə konseptin RM15 indeksli ikinci variantı işıq üzü görümüşdür.

Məkanvari alüminium ramasından və karbonla gücləndirilmiş plastikdən hazırlanmış kuzov panelləri sayəsində “qaynar” hetçbekin çəkisi 195 kiloqram azalmışdır.

Sportkar alüminiumdan hazırlanmış ikiqollu asqıya, 19-düymlük döymə disklərə və WRC bolidlərində olduğu kimi təhlükəsizlik karkasına sahib olub. Yerindən 100 km/saat həddinə RM15 modeli 4,7 saniyəyə sürətlənə bilirdi.

Konseptin son variant olan RM16 N hetçbekini elektronika ilə idarələnən differensial qapanması, aktiv çəpərcikləri olan buraxılış sistemi və elektronika idarələnən arxa spoiler ilə təchiz ediblər.  

ДРУГИЕ СТАТЬИ