Land Rover yolsuzluq üçün avtonom sistemlər hazırlayır

Land Rover şirkəti yolsuzluqda və mürəkkəb hava şəraitində idarəetməni öz üzərinə götürəcək avtonom idarəetmə sistemini hazırlayır.

İstehsalçı CORTEX layihəsi çərçivəsində dördüncü və beşinci səviyyə avtonomluğu təmin edəcək “beşölçülü” matrisa sensorlarını yaratmağı planlaşdırır. Bu layihəyə 3,7 milyon funt-sterlinq sərmayə qoyuluşu da nəzərdə tutulubdur.

Land Rover mütəxəssisləri Birmingem universiteti ilə birlikdə  süni intellektin və maşın təlimi alqoritmərinin  imkanlarını istifadə edən avtonom platformaları hazırlayır, həmçinin vericilərin işini optimallaşdıraraq, Britaniyanın yolsuzluq poliqonlarında bu sistemlərin testini həyata keçirirlər. Land Rover avtonom idarəetmə sistemlərinin əsasını sensorların “beşölçülü” matrisası təşkil edir.

Bu sistemin tərkibinə akustik vericilər, kameralar, radarlar, işıq detektorları və lazer məsafəölçənləri daxildir.

Onlardan alınan məlumat hesablama platformasına daxil olur, real vaxt rejimində emal edilir və nisbətən təhlükəsiz marşrutun tərtib edilməsi üçün qərarın qəbul olunmasnda istifadə edilir.

ДРУГИЕ СТАТЬИ