Audi Q8 krossoverinin yeni tizerini dərc edib

Məlumdur ki, sabah Audi şirkəti Q8Unleashed seriyasından olan dördüncü epizodu təqdim edəcəkdir. Bu ərəfədə İnqolştadt istehsalçısı Q8 modelinin yeni tizerini dərc edib. Əslində bu tizerdə yeni bir şey yoxdur, sadəcə avtomobilin ön tərəfi digər rakursda təsvir edilib.

Dizayn cəhətdən avtomobil keçən ilin yazında Cenevrə avtosalonunda debüt etmiş Q8 Sport prototipini xatırladır.  Avtomobillərin bamperlərinin və hava girişlərinin, ön fənərlərinin, həmçinin radiator barmaqlıqlarının formaları bənzərdir. Yeganə fərq radiator barmaqlığılnın torunun tərtibat üslubundadı – prototipdə tor şanvaridir, seriya modelində isə şaquli və üfüqi zolaqlar mövcuddur.

Məlum olduğu kimi, yeni Audi Q8 modeli Volkswagen şirkətinin MLB modul platformasında inşa edilibdir. Bu platformadan Bentley Bentayga və Lamborghini Urus, həmçinin yeni nəsil Porsche Cayenne, Audi Q7 və Volkswagen Touareg modellərinin istehsalında istifadə edilir. Audi Q8 modeli quattro tam çəkiş sistemi və səkkiz diapazonlu avtomatik transmissiya ilə təchiz edilir

Yeni krossoverin Audi şirkətinin mühərrik çeşidində olan altı və səkkiz silindrli güc aqreqatları ilə təklif ediləcəyi şübhə doğurmur.

Audi Q8 modeli “bərkgedən” Audi SQ7 modelinin təchiz edildiyi səkkiz silindrli dizel aqreqatı və Porsche Cayyene modelindən tanış olan hibrid güc aqreqatı ilə təchiz ediləcəyi də ehtimallar arasındadır.  

Krossoverin “bərkgedən” Audi SQ8 modifikasiyası isə Lamborghini Urus modelində quraşdırılan güc aqreqatına sahib olacaqdır.

ДРУГИЕ СТАТЬИ