Alfa Romeo GTV və 8C modellərini dirçəldəcək

Alfa-Romeo şirkəti 2022-ci ilin sonuna yeddi yeni model buraxacaqdır ki, bunlardan ikisi sportkar olacaqdır. Sportkarlardan biri 600 at qüvvəsinə malik olan və əfsanəvi GTV adını daşıyan superkar olacaqdır. Bu barədə bu gün Fiat Chrysler Automobiles (FCA) ittifaqının keçirdiyi mətbuat konfransında bildirilib.

Alfa Romeo GTV modeli dördyerli və tam çəkişli superkar olmalıdır.  Avtomobil sürətlənməyə kömək edəcək elektromotor ilə də təchiz ediləcəkdir. Yeni avtomobil haqqında məlumat hələlik azdır, lakin şirkətdən onun çəkinin oxlar arasında bölünməsi nisbətinin ideal 50:50 nisbətində olacağını qeyd ediblər. İtalyan markasının ikinci sportkarı 8C modeli olmalıdır. Bu superkar karbondan hazırlanmış şassiyə, mərkəzdə quraşdırılan biturbomühərrikə və ön oxdakı elektromotora sahib olacaqdır. Hibrid aqreqat 700 at qüvvəsi hasil edəcəkdir.

Yerindən 100 km/saat həddinə Alfa Romeo 8C üç saniyədən az müddətə sürətlənəcəkdir.

Bundan başqa, italyan istehsalçısı bütün dizel aqreqatları hibrid qurğularla əvəzləmək niyyətindədir. Bunların arasında məişət elektrik şəbəkəsindən qidalananları da olacaqdır. Üstəlik, hər bir Alfa Romeo modeli elektrik variantına malik olacaqdır.

Gələcəkdə Alfa Romeo avtomobilləri ikinci və üçüncü səviyyəli avtonom idarəetmə sistemləri ilə təchiz ediləcəkdirlər. FCA ittifaqı Alfa Romeo avtomobillərinin satış həcmini ildə 400 min nüsxəyə qədər artırmağı planlaşdırır.

ДРУГИЕ СТАТЬИ