Hyundai i40 modelini yeniləyib

Hyundai şirkəti koreya bazarı üçün nəzərdə tutulmuş i40 ailəsini yeniləyib. Hyundai i40 sedan və universalı cüzi şəkildə dəyişmiş radiator barmaqlığına, salonun yeni tərtibat materiallarına və sürücüyə yardım edən əlavə elektron sistemlərə sahib olub.

Yenilənmiş avtomobillər əvvəlkindən yeni dizayna malik olan təkər diskləri və iri şanları olan radiator barmaqlığı ilə seçilir. Salonda isə yeni örtüyü olan oturacaqları, genişləndirilmiş funksiyaları olan multimedia sistemini və qrafikası yenilənmiş cihazlar panelini görmək olar. Cənubi Koreyada i40 modeli yeganə mühərrik ilə - 166 at qüvvəli 2,0-litrlik GDI atmosfer mühərriki ilə təchiz edilir. Güc aqreqatı altı pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır.

Hal-hazırda Azərbaycan bazarında Hyundai i40 modeli təklif edilmir. 

ДРУГИЕ СТАТЬИ