Audi Q8 Unleashed seriyasından olan dördüncü çarxı yayıb

Audi markası Q8Unleashed adlı videoçarxlar beşliyinin dördüncü epizodunu dərc edib. Xatırladaq ki, yeni krossoverin debütü 5 iyun tarixində Şanxay şəhərində keçiriləcək Audi China Brand Summit Shenzhen tədbirində baş tutmalıdır..

Dizayn cəhətdən avtomobil keçən ilin yazında Cenevrə avtosalonunda debüt etmiş Q8 Sport prototipini xatırladır.  Avtomobillərin bamperlərinin və hava girişlərinin, ön fənərlərinin, həmçinin radiator barmaqlıqlarının formaları bənzərdir. Yeganə fərq radiator barmaqlığılnın torunun tərtibat üslubundadı – prototipdə tor şanvaridir, seriya modelində isə şaquli və üfüqi zolaqlar mövcuddur.

Məlum olduğu kimi, yeni kupeşəkilli Audi Q8 krossoveri Volkswagen şirkətinin MLB modul platformasında inşa edilibdir. Bu platformadan Bentley Bentayga və Lamborghini Urus, həmçinin yeni nəsil Porsche Cayenne, Audi Q7 və Volkswagen Touareg modellərinin istehsalında istifadə edilir. Audi Q8 modeli quattro tam çəkiş sistemi və səkkiz diapazonlu avtomatik transmissiya ilə təchiz edilir.

Yeni krossoverin Audi şirkətinin mühərrik çeşidində olan altı və səkkiz silindrli güc aqreqatları ilə təklif ediləcəyi şübhə doğurmur.

Audi Q8 modeli “bərkgedən” Audi SQ7 modelinin təchiz edildiyi səkkiz silindrli dizel aqreqatı və Porsche Cayyene modelindən tanış olan hibrid güc aqreqatı ilə təchiz ediləcəyi də ehtimallar arasındadır.  

Krossoverin “bərkgedən” Audi SQ8 modifikasiyası isə Lamborghini Urus modelində quraşdırılan güc aqreqatına sahib olacaqdır.

ДРУГИЕ СТАТЬИ