Jeep yaxın beş il üçün strateji planını açıqlayıb: Wrangler elektromobil olacaq

Jeep markası yaxın beş il üçün strateji planını açıqlayıb. Bu sənəddə amerikan istehsalçısının hər il iki yeni model buraxacağı bildirilir. 2022-ci ildə markanın model xəttində 10 hibrid və dörd elektrokar mövcud olacaqdır. Jeep avtomobillərinin dizel modifikasiyaları tədricən model xəttindən çıxarılacaqdırlar.

Jeep şirkəti nəinki model xəttini yeniləməyi, istejsalçı həmçinin özü üçün yeni seqmentdən olan avtomobilləri də buraxmağı planlaşdırır. Məsələn, amerikan istehsalçısı Renegade modelindən kiçik ölçülərə malik olacaq subkompakt krossover buraxacaqdır.

Bundan başqa, istehsalçı Wagoneer və Grand Wagoneer modellərini də dirçəldəcəkdir.

Yaxın illərdə istehsalçının yeni nəsil Renegade və Cherokee, yenilənmiş Compass və Grand Cherokee modelinin beş və yeddi yerli modifikasiyalarını təqdim edəcəkdir. Bütün modellər hibrid güc qurğusu ilə təklif ediləcəkdirlər. Wrangler, Renegade və Cherokee modelləri isə elektrik modifikasiyalarına da malik olacaqdırlar. 2021-ci ildə isə Jeep avtomobilləri üçüncü səviyyədən olan avtonom idarəetmə sistemləri ilə təchiz ediləcəkdirlər.

ДРУГИЕ СТАТЬИ