Citroen şirkəti Parisdə keçirilən avtosalona debütləri gələn ilə planlaşdırılmış iki konsept avtomobilinin tizeri ilə qatılıb. Birinci prototip mart ayında Cenevrədə, ikincisi isə Şanxayda nümayiş etdiriləcəkdir. Hər iki konsept fransız markasının 100 illik yubileyinə həsr edilib.

Konseptlərin debütü barədə anons verilsə də, Citroen şirkəti onlar haqqında ətraflı məlumat verməkdən imtina edib. Konseptlərdən birincisinin gələcək şəhər mobilliyinin nümayişi olacağı ehtimal edilir. Tizerlərdən göründüyü kimi, konsept ənənəvi qapı dəstəklərinin əvəzinə qayışlara sahib olacaqdır.

İkinci konseptə gəldikdə isə, çox güman ki, bu inanılmaz komfortu təmin edən pilotsuz nəqliyyat vasitəsi olacaqdır. Avtomobilin müstəqil şəkildə hərəkət edəcəyi barədə damda quraşdırılmış iki sensorlar bloku xəbər verir.

Image alt Image alt Image alt