Nissan GT-R Nismo GT3 modelini xüsusi kondisionerlə təchiz edib

Nissan şirkəti dəyəri 550 min dollar olan GT-R Nismo GT3 modelini xüsusi olaraq onun üçün hazırlanmış kondisionerlə təchiz edib. Bu kondisioner pilotun dəbliqəsini və kreslosunu soyutmaq üçün yaradılıbdır.

Əvvəlki avtomobillə müqayisədə mühəndislər çəkinin oxlar arasında bölünməsini optimallaşdırmış və onun ağırlıq mərkəzini aşağı salmışdırlar. Yeni dayaqlar sayəsində GT-R Nismo GT3 modelinin mühərriki 150 millimetr aşağıda yerləşir.

Təkmilləşdirilmiş asqı ilə birlikdə bu avtomobilin idarəetməsinə və dayanıqlılığına müsbət təsir göstərib. Avtomobilin qurğularının etibarlılığını yoxlamaq üçün mütəxəssislər 30 min kilometr resurs sınaqlarından keçib.

Avtomobilin kapotunun altında 550 at qüvvəsi hasil edən 3,8-litrlik V6 mühərriki yerləşdirilib.

Güc aqreqatı altı pilləli sekvental ötürmələr qutusu ilə tandemdə çalışır.

Nissan GT-R Nismo GT3 öndə altıporşenli, arxada isə dördporşenli əyləc mexanizmləri ilə təchiz edilir.

Avtomobilin Yaponiyadakı satış qiyməti 60 milyon yen təşkil edir. İlk avtomobillər müştərilərə gələn ilin yanvarında çatdırılacaqdır.

ДРУГИЕ СТАТЬИ