Jaguar elektrik hiperkarı üzərində düşünür

Jaguar şirkəti elektrik hiperkarının buraxılmaq üzərində düşünür. Britaniya markasının texniki direktoru Deyv Şou elektromobillərin müsbət cəhətlərinin mənfi cəhətlərindən çox olduğundan əmindir. Bu səbəbdən də o, elektrik güc aqreqatını təkcə kütləvi seqmentdə deyil xüsusi avtomobillər seqmentində də istifadə edilməsini məqbul sayır. Bu barədə "Motoring" saytı xəbər yayıb.

Misal kimi Şou Rimac və McLaren şirkətlərini göstərib. Sonuncu məlumata görə, McLaren şirkətin də elektrik güc qurğusuna malik olacaq hiperkarın üzərində çalışır.  Lakin, belə avtomobil Jaguar şirkətinin model xəttində tezliklə peyda olmayacaqdır. İlkin olaraq, yeni platformanın hazırlanmasına çəkiləcək xərcləri kompensasiya etmək üçün, britaniya istehsalçısı adi elektrokarlar ailəsini yaratmaq istəyir.

Yeni hiperkarın carçısı olan C-X75 konseptual avtomobili 2010-cu ildə Paris avtosalonunda debüt edib. Kupe, hər biri 195 at qüvvəsi və 400 Nm fırlanma anı hasil edən dörd elektromühərrik və iki 94 at qüvvəli mikroturbinlə təchiz edilmişdir. Onlar batareyaları və batareyaları qidalandırmaqla vəzifələndiriliblər. Sonradan konsept tərkibinə 1,6-litrlik benzin mühərriki və iki elektromotor daxil olan 500 at qüvvəli hibrid güc aqreqatını alıb. Yerindən 100 km/saat həddinə C-X75 üç saniyəyə sürətlənir. Onun maksimal sürəti 330 km/saatdır.

2012-ci ildə qeyri-stabil iqtisadi vəziyyət səbəbəi ilə C-X75 layihəsindən imtina edilib.

ДРУГИЕ СТАТЬИ