BMW şirkəti yeni nəsil Z4 modelinin şəkillərini dərc edib

BMW şirkəti yeni nəsil Z4 rodsterinin ilk təsvirlərini yayıb. Doğrudur, şəkillərdə avtomobilin kamuflyaja bürünmüş seriyaöncəsi variantı təsəvvür edilib. Bu şəkillər avtomobilin Miramas (Fransa) poluqonundakı saınaqları zamanı çəkilib.

Avtomobilin yaradılması prosesi praktiki olaraq başa çatıb. Hazırda modelin son sınaqları keçirilir. Rodsterin kamuflyajla örtülməsinə baxmayaraq, onun Adrian van Hoydonkun rəhbərliyi altında hazırlanmış konsept avtomobilə çox bənzədiyini söyləmək olar.

Avtomobilin yan tərəfdəki diaqonal xətləri və bir-birinin üzərində yerləşdirilmiş «göz» cütlüyü olan geriyə dartılmış fənərləri buna misal gətirmək olar. Yeni Z4 modelini alman istehsalçısı Toyota şirkəti ilə birlikdə hazırlamışdır. Yaponiyada Toyota şirkətinin avtomobili yenidən bərpa edilmiş Supra adı ilə satılacaqdır. Konseptin seriya variantı BMW tərəfindən hazırlanmış güc aqreqatları və elektronikaya, Toyota tərəfindən hazırlanmış asqı və əyləc sistemi də daxil olmaqla şassi elementlərinə sahib olacaqdır. 

BMW və Toyota sportkarlarının buraxılışı ilə Magna şirkəti məşğul olacaqdır. Avtomobiilərin istehsalına 2018-ci ildə Magna şirkətinin Avstriyadakı zavodunda başlanacaqdır. İldə hər iki markadan ibarət olan 60 min avtomobilin buraxılması planlaşdırılır.

ДРУГИЕ СТАТЬИ