Bu gün Suzuka avtodromunda keçirilmiş təsnifat mərhələsini Mercedes komandasının britaniyalı pilotu Lyuis Həmilton qazanıb. 80-ci poulunu qazanan Həmilton komanda yoldaşı Valtteri Bottas və Red Bull Racing pilotu Maks Ferstappeni qabaqlayıb.

Sıralama sessiyasının sonlarında yüngül yağış başlasa da, Həmilton sliklərdə 1:27,760 zamana imza ataraq Valtteri Bottası 0,299 saniyə üstələyib. Bu, Həmiltonun bu mövsümdə əldə etdiyi səkkizinci pouldur. Beləliklə, ikinci yarışdır ki, Mercedes pilotları yarışı birinci sıradan başlayacaqdırlar.  

Sebastyan Fettel üçün sıralama sessiyası uğursuz olub. Əvvəlcə, Ferrari pilotlarını quru trekə aralıq şinlərində buraxıb, sonra isə alman pilot «Qaşıq» döngəsində səhvə yol verib. Bundan sonra güclənən yağış alman pilota doqquzu yerdən yuxarı qalxmağa imkan verməyib.

Maks Ferstappen və Kimi Rəykkonen yarışa ikinci cərgədən başlayacaqlar. Beşinci nəticəni isə Hass pilotu Romen Qrojan göstərib.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt

Toro Rosso pilotları da uğurlu çıxış ediblər - onların hər ikisi ilk yeddiliyə daxil olublar. Brendon Hartli altıncı nəticəni göstərərək karyerasında ən yaxşı nəticəni əldə edib. Daniel Rikkardo da güc qurğusu ilə problem yaşayaraq 15-ci nəticəni göstərib. İlk onluğu Racing Point və Fettel tamamlayıb.

Bundan başqa, yaş trekdə pilotlar zaman-zaman səhvlərə yol veriblər. Şarl Lekler Denger döngəsində problem yaşayaraq 11-ci olub.