Volkswagen prototipini Payks Pikdə sınaqdan çıxarıb

Volkswagen şirkəti Kolorado ştatındakı Payks Pik dağında I.D.R elektrik sportprototipnin ilk yürüşünü keçirib. İyun ayının sonunda fransalı pilot Roman Dyuma elektrokarlar üçün bu trekin keçilmə rekordunu yeniləməyə cəhd edəcəkdir.

Sonuncu dəfə alman istehsalçısı "Payks Pik" yarışlarında 1987-ci ildə iştirak edib. O zaman şirkət yarışlara 600 at qüvvəli iki mühərrikli Golf avtomobilini çıxarmışdır.

Avtomobil yarışın başlanğıcında yaxşı zaman göstərsə də, onu tamamlaya bilməmişdir. Roman Dyuma 2016 və 2017-ci illərdə "Payks Pik" yarışlarında qalib gəlib. O, 20 kilometrlik trassanı, müvafiq olaraq, 9 dəqiqə 5,332 saniyəyə və 8 dəqiqə 51,445 saniyəyə qət edib. Dyuma bu yarışı 2014-cü ildə də qazanmışdır.

Volkswagen I.D.R Pikes Peak prototipinin əsasını Norma sportprototipinin karbonplastikdən hazırlanmış və iki qollu müstəqil asqıya malik olan monokok təşkil edir. Avtomobilin uzunluğu 5200 millimetr,eni -2350 millimetr, hündürlüyü isə 1200 millimetrdir.

Onun təkər bazasının uzunluğu 2850 millimetrdir. Prototipin çəkisi 1100 kiloqramdan azdır. Volkswagen I.D.R Pikes Peak modelinin aerodinamik dayağı yarış zamanı hündürlüyün dəyişməsindən asılı olmayaraq maksimal yerəbasma gücü hasil etməyə köklənibdir.

Prototip 680 at qüvvəsi və 650 Nm fırlanma anı hasil edən iki elektromühərrik ilə hərəkətə gəlir. Elektromotorlar litium-ion batareyalardan qidalanırlar. Öz növbəsində batareyalar gərək olan elektrik enerjisinin 20 faizini əyləcləmə zamanı yaranan enerjini rekuperasiya edən sistemindən alırlar.

Batareyaların tam doldurulmasına 30 dəqiqə vaxt lazımdır. Prototip yerindən 100 km/saat həddinə 2,25 saniyəyə sürətlənir. Onun maksimal sürəti 240 km/saatdır. 

ДРУГИЕ СТАТЬИ