Çinli tabut əvəzinə Hyundai Sonata sedanında dəfn edilib

Çinin Weibo sosial şəbəkəsində qeyri-adi bir video yayılıb. Bu videoda qəbristanlıqda gümüşü rəng Hyundai Sonata modelinin basdırıldığı gpöstərilir. Hadisə Hebey vilayətinin Baodin şəhərində qeydə alınıb.

Videonun müəllifinin sərhində avtomobildə  onun Tsi familiyalı sahibinin dəfn edildiyi yazılıbdır. Həmin şəxs vəfat etdikdən sonra avtomobilində basdırılmasını vəsiyyət edibmiş.

“Bu onun vəsiyyəti idi. O, tabut əvəzinə avtomobilində dəfn edilməyi istəyirdi. Tsi gəncliyindən avtomobilləri çox sevirdi”, - videonun müəllifi kadr arxasında söyləyib.

Bu yazıya artıq iki milyon dəfə tamaşa ediblər.

Video Weibo istifadəçilərini də güclü təsir bağışlayıb və çoxsaylı zarafatların meydana gəlməsinə səbəb olub. “Yaxşı ki, o yalnız avtomobilləri sevib”, - istifadəçilərdən biri yazıb. “Əsas sürücülük vəsiqəsini avtomobilə qoymaq yaddan çıxmasın. Polis son zamanlar çox ciddiləşib”, - digər istifadəçi yazıb.  

ДРУГИЕ СТАТЬИ