Dünya avtomobil bazarında hər zaman maraqlı bir tendesiya mövcud olub - çoxsaylı markalara sahib olan iri avtomobil istehsalçısları bir modeli bir neçə brend altında satırlar. Modelin eksteryer və interyerində edilən kiçik dəyişikliklər müxtəlif insanların zövqlərinə uyğun müxtəlif modelləri təklif etmək imkanı verir.

Bir müddət bunadan öncə Kia şirkəti bayraqdar krossoveri olacaq Telluride modelini ABŞ-da təqdim etmişdir. Məlumdur ki, Hyundai və Kia markaları bir konsernə daxil olduqlarından Telluride modelinin Hyundai loqosunu daşıyan "əkiz qardaşının" peyda olması da vaxt məsələsidir.

Motor1 saytının dizaynerləri də Hyundai HCD-2 Grandmaster konseptini əsas götürərək bu brendin bayraqdar krossoveri olacaq səkkiz yerli Palisade modelinin eksteryerinin renderlərini hazırlayıblar. Əlbəttə ki, dizaynerlər ilk növbədə yeni nəsil Hyundai Santa Fe modelinin dizayn üslubuna da diqqət yetiriblər. Uzun-uzadı danışmağa ehtiyac yoxdur - gəlin dizaynerlərin işlərinə baxaq. 

Image alt Image alt Image alt Image alt Image alt Image alt