"Avtorevyu" qəzeti yeni nəsil BMW X5 modelinin ilk təsvirlərini ələ keçirib

Rusiyanın “Avtorevyu” qəzeti yeni nəsil BMW X5 krossoverinin ilk rəsmi fotoşəkillərini əldə edib. Avtomobilin rəsmi təqdimatı yaxın zamanlarda keçirilməlidir.

Yeni BMW X5 Cluster Architecture (CLAR) adlandırılan modul platformasında inşa ediləcəkdir. Xatırladaq ki, bu platformadan 7-Seriers bayraqdar sedanının istehsalında istifadə olunur. Müvafiq olaraq bu, yeni BMW X5 krossoverinin konstruksiyasında yüksək möhkəmlikli poladdan və kompozit materiallardan istifadə ediləcəyindən xəbər verir. BMW X5 sələfindən daha yüngül olacaq və adaptiv asqı sistemi, həmçinin bu modeldə debüt edəcək “aktiv inteqral sükan sistemi” ilə təchiz ediləcəkdir.

İlkin olaraq, X5 modeli 462 at qüvvəsi təklif edən 4,4-litrlik səkkiz silindrli biturbomühərrik və səkkiz pilləli avtomatik ötürmələr qutusu ilə təchiz ediləcədkri. Bundan başqa, modelin mühərrik çeşidinə 2,0-litrlik dörd silindrli mühərrikin əsasında yaradılmış 390 at qüvvəli hibrid güc aqreqatı da daxil ediləcəkdir.

Əlbəttə ki, yeni krossover üçün altı silindrli benzin və dizel mühərrikləri də təklif olunacaqdır.

ДРУГИЕ СТАТЬИ