Jeep şirkəti kiçik ölçülü yeni krossover hazırlayır

Fiat Chrysler Automobiles konserni model xəttində Renegade modelindən bir pillə aşağıda yerləşəcək kiçik krossoverin üzərində çalışdığını təsdiq edib. Bu məlumat sərmayədarların illik konfransı zamanı açıqlanan beş illik inkişaf planında yer alıb.

"Autos Segredos" nəşrinin məlumatlarına görə, krossoverin istehsalı Braziliyada yerləşdiriləcəkdir. Daxili Project 515 kodunu almış avtomobil Latın Amerikasında satılan Fiat Argo hetçbekinin əsasını təşkil edən MP1 büdcə platformasında inşa ediləcəkdir.

Yeni krossoverin 2020-ci ildə debüt edəcəyi gözlənilir. Jeep modelinin bazasında əlçatan Fiat krossoveri də hazırlanacaqdır. Krossover standart olaraq FireFly ailəsindən olan, benzin və spirtlə işləyən 1,3-litrlik mühərrik ilə təchiz ediləcəkdir. Braziliyada bu ən populyar opsiyadır. Yanacaq növündən asılı olaraq mühərrik 101 və ya 109 at qüvvəsinə malik olacaqdır.

Güc aqreqatı yalnız beş pilləli mexaniki transmissiya ilə çalışacaqdır. Bu günə qədər Jeep markasının ən kiçik ölçülü avtomobili Small US Wide 4x4 platformasında buraxılan Renegade modelidır. Avtomobil İtaliya, Braziliya və Çində istehsal edilir. 

ДРУГИЕ СТАТЬИ