Renault şirkətindən maraqlı aksiya

Renault şirkəti özünün 120 illik yubileyinə həsr etdiyi maraqlı aksiya keçirib. Marcel Cab taksi şirkətinin müştərilərinin daşınması üçün Renault markasının muzeyindəki avtomobillərdən istifadə olunub.

Gün ərzində təsadüfi yolla seçilmiş Marcel Cab xidmətinin müştərilərinə xidmət göstərmək üçün yeddi avtomobil muzeyi tərk edib. Bunların arasında “marn taksisi” olan Type AG (avtomobil Birinci dünya müharibəsindən öncə buraxılırmış), keçən əsrin 50-ci illərinin arxamühərrikli 4CV sedanı, 1959-cu ilin unikal Project 900 konsept avtomobili, 70-ci illərdə populyar olan 12 modeli (Bakı sakinləri də bu taksiləri yaxşı xatırlayır) , birinci nəsil Espace miniveni, Twizy elektromobili və Symbioz pilotsuz konsept avtomobili olub.

Aksiya gizli kamera vasitəsi ilə lentə alınıb və Renault şirkətinin tarixinə həsr edilən videoçarx yaranıb.

ДРУГИЕ СТАТЬИ