Mercedes-Benz şirkətinin Amerika ofisi maraqlı reklam çarxını dərc edib. Bu çarxda Mercedes-Benz C-Class modelinin inkişaf prosesi təsvir olunub. W202 kuzovlu avtomobilin son nəsil C-Class modelinə çevrilməsini nümayiş etdirmək ilə şirkət avtomobillərinin günün 24 saatı ərzində təkmilləşdirildiyinə işarə vurub.

Videoçarxda Mercedes mühəndisləri hərəkət zamanı köhnə C-Class modelini yaxşılaşdırırlar. Onlar kuzov panellərini, mühərriki və mexatronik hissələri yeniləyirlər. Bununla şirkət, hər yeni nəsil ilə birlikdə modellərin elektronikasının daha müasir, mühərriklərin daha güclü olduğunu, həmçinin avtomobilin sürücünün əmrlərinə daha dəqiq cavab verdiyini söyləmək istəyirlər.