Bu gün Skoda şirkəti yeni nəsil Rapid modelinin ilk tizerini dərc edib. Çex şirkəti yeni yığcam model haqqında ətraflı məlumat səsləndirməyib. Çex istehsalçısı yeni nəsil Skoda Rapid modelinin seriya variantının bu ilin sonuna qədər debüt edəcəyini bildirib.

Skoda şirkəti beşqapılı hetçbek kuzovuna malik olan avtomobilin A0 MQB modul platfırmasında inşa olunduğunu və ən müasir texnologiyalar ilə təchiz ediləcəyini bildirib. Bundan əlavə, istehsalçı Rapid modelinin alıcılarına geniş iş məkanı təklif edəcəyini də xüsusi olaraq vurğulayıb.

Xatırladaq ki, yeni Skoda Rapid modelinin çarçısı olan Vision RS konsepti bu ayın əvvəlində keçirilmiş Paris avtosalonunda nümayiş etdirilib.  

Skoda Vision RS