Kia şirkəti Niro elektrik krossoverini Pusanda nümayiş etdirib

Kia şirkəti Pusanda keçirilən avtosalonda Niro krossoverinin elektrik aqreqatı ilə hərəkətə gələn modifikasiyasını rəsmi olaraq təqdim edib. Bundan başqa, koreyalılar elektromobil haqqında ətraflı məlumat da veriblər.

Kia Niro EV krossoveri  204 at qüvvəsi və 395 Nm fırlanma anı hasil edən elektomotor və 64 kilovat-saatlıq litium-polimer batareyalar dəsti ilə təchiz edilir. Kia Niro EV 100 km/saat həddinə 7,8 saniyəyə sürətlənir. Elektromobilin yürüş məsafəsi 380 kilometr təşkil edir.

100 kilovatlıq elektrik yükləmə stansiyasından istifadə etməklə elektromobilin batareyasının 80 faizini 54 dəqiqəyə doldurmaq olar. Opsional olaraq 240 kilometr yürüyüşü təmin edən 39,2 kilovat-saatlıq batareyanı da sifariş etmək mümkündür. Kia Niro EV  ölçülərinə görə Volkswagen Tiguan modelinə bənzəyir. 

Elektrokarın uzunluğu 3475 millimetr, hündürlüyü – 150 millimetr,  təkər bazasının genişliyi isə 2700 millimetrdir. Niro EV modelinin baqaj bölümünün həcmi 451 litr təşkil edir. Xatırladaq ki, hibrid aqreqatlı Niro modelində bu rəqəm 373 litr, qoşulan hibrid moduifikasiyasında isə 324 litrdir. Elektromobilin təchizatına çoxsaylı elektron köməkçilər daxil edilib. Bunldarın sırasında 130 km/saat sürətinə qədər çalışan zolaqda saxlama funksiyası, adaptiv kruiz-kontrol və avtomatik əyləcləmə sistemi də vardır.

Kia Niro EV hibrid modifikasiyasından gündüz hərəkət işıqlarınınforması və bamperin aşağı hissəsindəki trapesiya formalı barmaqlıqla, həmçinin radiator barmaqlığıının yerində olan yükləmə nöqtəsinin qapağı ilə seçilr. Elektromobilin salon tərtibatı da müəyyən fərqlərə malikdir. Burada oturacaqlardakı incə-yaşıl rəngli ornamentlərə və deflektroların eyni rəngli haşiyəsinə rast gəlmək olar. Əsas fərq isə ənənəvu selektor dəstəyinin yerində olan fırlanan şaybadır.

ДРУГИЕ СТАТЬИ