Hyundai Pusanda Grandmaster konseptini nümayiş etdirib

Cənubi Koreyanın Pusan şəhərində keçirilən avtosalonda Hyundai şirkəti iri ölçülü HDC-2 Grandmaster konseptual krossoverini nümayiş etdirib. Konsept koreya markasının “ehtiraslı idman” adlı yeni dizayn üslubunda hazırlanıbdır.

Bir müddət bundan öncə, şirkət daxilindəki insayderlər bizə iri ölçülü bayraqdar krossoverinin hazırlandığını bildirmişdirlər. Pusanda təqdim edilmiş bu krossover mənbəmizin doğru söylədiyini bir daha təsdiq edir. Konseptə Grandmaster adının verilməsi də təsadüfi deyil.

Grandmaster tərcümədə  şahmat aləmində istifadə edilən “Qrossmeyster” anlamına gəlir ki, bu da avtomobilin iri ofrouderlər seqmentində güclü oyunçu oldacağına işarə edir. Bununla belə, koreyalılar avtomobil barədə heç bir texniki məlumat təqdim etməyiblər. 

Çox güman ki, prototip yalnız hərəkətsiz maketdən ibarətdir. Qara şüşələrin olması da buna dəlalət edir. Konseptin ən yadda qalan elementlərindən biri kapotun künclərindəki gündüz hərəkət işıqları ilə vəhdət təşkil edən xrom radiator barmaqlığı və şaquli formalı fənərləridir.

İlkin olaraq, koreyalılar yeni dizayn üslubunu bu ilin martında keçirilən Cenevrə avtosalonunda göstərdikləri HDC-1 Le Fil Rouge konsept avtomobilində nümayiş etdiriblər. Bu dizayn üslubunda istehsal edilən ilk seriya modeli isə, Çin bazarında satılan Hyundai Lafesta modeli olub.

ДРУГИЕ СТАТЬИ