Cayls Teylor Rolls-Royce şirkətini tərk edib

Rolls-Royce şirkəti markanın baş dizayneri olan Cayls Teylorla yollarını ayırdığı barədə xəbər verib. İngilis dizayner 2012-ci ildə bu vəzifədə İn Kəmeronu əvəz etmişdir.

Teylorun rəhbərliyi altında dəbdəbəli britaniya markasının vacib modelləri yaradılmışdır. Bunlara misal olaraq bayraqdar Phantom sedanının səkkizinci nəslini və markanın ilk krossoveri olan Cullinan modelini göstərmək olar. Bundan əlavə, Cayls Teylor Rolls-Royce Vision 100 konseptual avtomobilinin və unikal Rolls-Royce Sweptail kupesinin üzrində də çalışıb. Xatırladaq ki, sonuncu model yeganə nüsxədə buraxılıbdır.

Rolls-Royce Teylorun nəinki Rolls-Royce şirkətini, həmçinin ümumiyyətlə BMW qrupunu da tərk etdiyini bildirib. Dizayner öz biznesini inkişaf etdirmək niyyətindədir. Teylorun sələfi İn Kəmeron da müstəqil çalışmağa üstünlük verərək Ian Cameron Design Partners məsləhətçi agentliyini yaratmışdır. Rolls-Royce şirkəti yaxın zamanlardaCayls Teyloru əvəzləyəcək mütəxəssisin adını açılamalıdır.

ДРУГИЕ СТАТЬИ