Toyota şirkəti Crown sedanının seriya variantını təqdim edib

Toyota şirkəti bir müddət bundan öncə konsept statusunda təqdim edilmiş Crown sedanının seriya variantını təqdim edib. Gözlənildiyi kimi, seriya variantı konseptdən heç nə ilə fərqlənmir.

Yeni nəsil Toyota Crown modelinin maraqlı xüsusiyyəti tarixində ilk dəfə olaraq, arxa dayaqda üçüncü pəncərə ilə təchiz edilməsidir. Avtomobilin qabarit uzunluğu 4910 millimetr (+15 millimetr), eni – 1800 millimetr, hündürlüyü isə 1455 millimetrdir.

Onun təkər bazasının uzunluğu 2920 millimetr təşkil edir. Bu rəqəm, yeni sedanın təkər bazasının sələfinə nisbətən 70 millimetr daha geniş olduğundan xəbər verir. Yeni sedan əvvəlki kimi "idman" Athelete və dəbdəbəli Royal təchizat səviyyəsində təklif edilir.

Model TNGA modul platformasında inşa edilmişdir. On beşinci nəsil Toyota Crown model uzununa yerləşdirilən mühərrik və arxadan çəkiş sistemini qoruyub-saxlamışdır. Sedan öndə ikiqollu, arxada isə çoxqollu asqı ilə təchiz edilib 

Sələfi ilə müqayisədə yeni sedanın ağırlıq mərkəzi 15 millimetr aşağıdadır. Oxlar arasında çəkinin bölünməsi də ideal 50:50 nisbətinə malikdir. Modelin idarəetmə elektronikası Normal, Sport və Sport+ rejimlərinə sahib olub. Xatırladaq ki, bu platformadan yeni Camry modelinin istehsalında da istifadə edilir.

Toyota Crown modeli standart olaraq 245 at qüvvəsi hasil edən 2,0-litrlik dörd silindrli turbomühərriklə təchiz edilir. Güc aqreqatı səkkiz pilləli “avtomat” və arxadan çəkiş sistemi ilə tandemdə çalışır. Sedanın digər modifikasiyaları isə hibrid güc aqreqatı ilə təchiz edilir. İlkin hibrid aqreqatı yeni nəsil Camry modelindəki aqreqatla eynidir.

Sadəcə Crown üçün bu aqreqat klassik quruluş üçün adaptasiya edilib. Bu aqreqatın tərkibinə 184 at qüvvəsi hasil edən 2,5-litrlik benzin mühərriki, 143 at qüvvəli elektromotor və elektromexaniki variator daxildir. Aqreqatın ümumi gücü 226 at qüvvəsi təşkil edir. Ötürmə - tam və ya arxadan çəkişlidir.

Ən güclü variant isə, Lexus LS500h modelindən tanış olan yeni nəsil hibrid aqreqatı ilə təchiz edilir. Bu qurğunun tərkibinə 299 at qüvvəsi hsail edən 3,5-litrlik V6 mühərriki, 180 at qüvvəli elektromotor və hidrotransformatorsuz dörd pilləli “avtomat” və üç planetar ötürmə daxildir. Qurğunun ümumi gücü 359 at qüvvəsidir. Transmissiyanın isə 10 pilləsi vardır. Belə Toyota Crown yalnız arxadan çəkişli olacaqdır.

Avtomobilin interyeri yapon şirkətinin klassik ənənələrinə uyğun olaraq dizayn edilib: iri mərkəzi tonnel, avtomat qutunun klassik selektoru və ənənəvi cihazlar paneli. Sedanın baza versiyaları parka ilə örtülmüş salona malikdirlər.

Mərkəzi konsolda isə iki müxtəlif formatlı displeyləe mövcuddur. Onlardan biri multimedia və naviqatorun, ikincisi isə, klimat-kontrol da dazil olmaqla ikinci dərəcəli funksiyaların idarə edilməsinə cavabdehdir.  Buna baxmayaraq, “qaynar” düymələr bloku da saxlanılıbdır.

Toyota Crown modelinin bahalı variantlarının təchizatına dəri salon, oturacaqların elektriklə tənzimlənməsi, arxa görüntü kamerası və digər opsiyalar daxildir. Arxa oturacaqlarının sərnişinləri də öz idarəetmə blokuna sahib olublar.

Yeni model, iki il bundan öncə əvvəlki “Kraun” modelində debüt etmiş ITS Connect (Intelligent Transportation Systems) sistemi ilə də təchiz edilir. Toyota Crown sedanı bu ayın sonunda satışa çıxarılacaqdır. Onun Yaponiyadakı qiymətləri 42-65 min dollar arasında olacaqdır. 

ДРУГИЕ СТАТЬИ