UP-Design studiyası Alfa Romeo 4C modelini gözəlləşdirib

İtaliyadan olan UP-Design kuzov atelyesi Turininin Valentino parkında maraqlı bir avtomobili nümayiş etdirib. Uzun-uzadı Alfa Romeo Mole Costruzione Artigianali 001 adına malik olan kupe Alfa Romeo 4C modelinin bazasında yaradılıbdır.

Avtomobilin adında olan Costruzione Artigianali sözləri italyancadan tərcümədə “sənətkar tərəfindən inşa edilmiş” anlamına gəlir. Bu avtomobilin çox məhdud sayda istehsal edildiyinə işarə vurur. Mole kəlməsi isə UP-Design şirkətinin sahibi Umberto Palermonun bir neçə il bundan öncə qeydiyyata aldığı ticarət markasıdır. Model italyancadan “kütlə” kimi tərcümə olunur. Orta mühərrikli Alfa Romeo 4C modelinin cəlbedici olmadığını söyləmək əlbəttə ki düzgün olmazdı.

Lakin, UP-Design mütəxəssisləri onsuz da gözəl görünüşə malik olan avtomobili daha cəlbedici ediblər.

İlk növbədə avtomobil müasir Alfa Romeo Giulia və Stelvio modellərinin üslubunda olan arxa hissəyə sahib olub. Digər bir maraqlı element isə, arxa şüşə əvəzinə perforasiya edilmiş qapaqdır. Əlbəttə ki, avtomobilin yan tərəflərinin formasını da yaddan çıxarmaq olmaz.

Hazırda UP-Design studiyası avtokomponentlər istehsal edən alman Adler Pelzer firmasına məxsusdur. Bu firma əsasən də kuzov və salon elementləri istehsal edir. Bu səbəbdən də “sənətkarların hazırladığı” avtomobilin interyer tərtibatnın dəbdəbəli olmasında təəccüblənək bir şey yoxdur.

Alfa Romeo Mole Costruzione Artigianali 001 donoru kimi 240 at qüvvəsi və 350 Nm hasil edən 1,8-litrlik “turbodördlük” və altı pilləli preselektiv “robotla” təchiz edilir. İri təkər disklərinə sahib olan avtomobilin ölçüləri də dəyişib: o donorundan 148 mm uzun, 60 mm enli və 12 mm hündür olub.

ДРУГИЕ СТАТЬИ