Yeni nəsil BMW Z4 rodsterinin patent təsvirləri yayılıb

BMW şirkətinin yeni nəsil Z4 rodsterini təqdim edəcəyi artıq heç kimə sirr deyildir. Yeni rodster haqqında kifayət qədər məlumat da mövcuddur. Həttə, deyərdim ki, avtomobilin görünüşü də sirr deyildir. Hər halda Z4 konseptinə baxaraq gələcək rodsterin dizaynı haqqında təssəvvür yaratmaq da olar.

Lakin, artıq buna da ehtiyac qalmayıb. Dünən Hollandiyadan olan “Autoweek” nəşrinin sərəncamına yeni nəsil BMW Z4 modelinin patent təsvirləri daxil olubdur. Dərc edilmiş şəkillər modelin eksteryeri bütün detalları ilə təsvir edilibdir.

Avtomobilin yaradılması prosesi praktiki olaraq başa çatıb. Hazırda modelin son sınaqları keçirilir. Rodsterin kamuflyajla örtülməsinə baxmayaraq, onun Adrian van Hoydonkun rəhbərliyi altında hazırlanmış konsept avtomobilə çox bənzədiyini söyləmək olar.

Avtomobilin yan tərəfdəki diaqonal xətləri və bir-birinin üzərində yerləşdirilmiş «göz» cütlüyü olan geriyə dartılmış fənərləri buna misal gətirmək olar.

Yeni Z4 modelini alman istehsalçısı Toyota şirkəti ilə birlikdə hazırlamışdır. Yaponiyada Toyota şirkətinin avtomobili yenidən bərpa edilmiş Supra adı ilə satılacaqdır. Konseptin seriya variantı BMW tərəfindən hazırlanmış güc aqreqatları və elektronikaya, Toyota tərəfindən hazırlanmış asqı və əyləc sistemi də daxil olmaqla şassi elementlərinə sahib olacaqdır. BMW və Toyota sportkarlarının buraxılışı ilə Magna şirkəti məşğul olacaqdır. Avtomobiilərin istehsalına 2018-ci ildə Magna şirkətinin Avstriyadakı zavodunda başlanacaqdır.

İldə hər iki markadan ibarət olan 60 min avtomobilin buraxılması planlaşdırılır.

ДРУГИЕ СТАТЬИ