Aston Martin Rapid liftbekinin ekstremal variantını hazırlayıb

Aston Martin şirkəti Rapid modelinin ekstremal AMR variantını təqdim edib. Məlum olduğu kimi, yaxın zamanlarda Aston Martin Rapid modeli elektrokara çevrilməlidir. Xatırladaq ki, avtomobilin carçısı olan prototip keçən ilki Cenevrə avtosalonunda təqdim edilmişdir.

Aston Martin Rapid AMR ekstremal liftbeki indeksindən də göründüyü kimi, britaniya markasının avtomobillərinin ən güclü modifikasiyalarını hazırlayan Aston Martin Racing bölümü tərəfindən inşa edilibdir. Bu bölmə artıq Vantage AMR və DB11 AMR ekstremal kupelərini satışa çıxarıbdır.

AMR variantının əsasını təşkil edən Aston Martin Rapid S modelindən fərqli olaraq, liftbekin 5,9-litrlik V12 mühərrikinin gücü 560-dan 603 at qüvvəsinə qədər artırılıb. Mühərrikinin fırlanma anı isə dəyişilməz olaraq qalıb – 630 Nm. Rapid AMR daha aqressiv səsi olan yeni buraxılış sistemini də əldə edib. Bu yeniliklərə baxmayaraq, Rapid modelinin 100 km/saata sürətlənmə zamanı dəyişməyib – 4,4 saniyə.

Onun əvəzinə avtomobilin maksimal sürəti 3 km/saat artaraq, 330 km/saata bərabər olub. Şirkət mühəndisləri avtomobilin şassisi üzərində işlədiklərini də bildiriblər. Onlar liftbekin trekdə istifadə üçün daha uyğun olduğunu iddia edirlər.

Aston Martin Rapid AMR 10 millimetr azaldılmış klirensə və ölçüləri artırılmış karbon-saxsı əyləc disklərinə (400 mm - öndə, 360 mm – arxada) sahib olub. Əyləclərin soyudulmasını yaxşılaşdırmaq üçün hava girişlərinin forması dəyişdirilib. Təkər disklərinin diametrinin 20-düymdən 21-ə artırılmasını da soyutmanın yaxşılaşdırılması ilə izah edirlər. Yeri gəlmişkən, belə iri disklər Aston Martin avtomobillərində ilk dəfədir ki quraşdırılır.

Zahiri cəhətdən liftbekin AMR modifikasiyası torlu radiator barmaqlığı, başqa bamperləri və inkişaf etdirilmiş aerodinamik dayağı ilə seçilir. Bu dayağın tərkibinə, kandarların örtməsi, ön splitter, arxa diffuzor və karbonplastikdən hazırlanmış arxa spoyler daxildir. Karbonplastikdən iri hava girişləri olan ön kapot da hazırlanır. AMR modelinin daha bir xüsusiyyəti halqa şəklində olan gündüz hərəkət işıqlarıdır.

Avtomobilin salonun tərtibatında karbon və zamşadan istifadə edilib. Əlavə ödənişlə, Aston Martin One-77 hiperkarının sükan çarxını da sifariş etmək olar. Cəmi 210 ədəd Aston Martin Rapid AMR liftbeki buraxılacaqdır. Böyük Britaniyada avtomobilin qiyməti 195 min funt-sterlinqdən başlayır. Avtomobillər bu ilin dördüncü rübündə sifarişçilərə çatdırılacaqdırlar.

ДРУГИЕ СТАТЬИ