Donald Tramp öz limuzinini Şimali Koreya liderinə nümayiş etdirib

Bu günlərdə bütün xəbər saytları ABŞ prezidenti Donald Tramp ilə Şimali Koreyanın rəhbəri Kim Çen Inla tarixi Sinqapur sammitindəki görüşündən danışır. Sonunda deyəsən danışıqlar mövzusu avtomobillərə də sirayət edib.

Gərgin keçən görüşlərdən sonra Donald Tramp özünün “Vəhşi heyvan” adlanan ağır zirehli limuzinini Şimali Koreya liderinə nümayiş etdirib. Şimali Koreya lideri, Amerika Birləşmiş Ştatlarının təhlükəsizlik xidmətinin xarakteristikalarını dövlət sirri olaraq qoruduğu avtomobilin salonuna nəzər salmaq imkanına da malik olub.

Xatırladaq ki, cari nəsil prezident limuzini 2009-cu ilin yanvar ayında Barak Obamanın andiçmə mərasimi zamanı ictimayyət qarşısında debüt etmişdir. Avtomobilin hansı platformada inşa edildiyi məlum deyildir. Ehtimalla görə, prezident limuzinin əsasını GMC TopKick yük “arabacığı” təşkil edir. Avtomobilin mühərriki də sirr olaraq qalır. 

Güc aqreqatının 8,1-litrlik səkkiz silindrli benzin mühərrikinin və ya 6,6-litrlik Duramax dizel mühərrikinin olduğu ehtimal olunur. 

Limuzin 130 millimetrlik qalınlığı olan zirehli şüşələrlə və kimyəvi silahdan müdafiə edən kip kapsula ilə təchiz edilir. Bundan başqa, prezident limuzini qumbaraatan, gecə görüntü sistemi, gözyaşardıcı qaz topları, oksigen bakları, zirehli yanacaq çəni və pompalı tüfənglərlə komplektləşdirilir.

Yeri gəlmişkən, şaiyələrə görə, Cənubi Koreya liderinin xidməti avtomobili Mercedes-Benz S-Class modelidir. Üstəlik, onun üçün tualeti olan xüsusi avtomobilin də inşa edildiyi söylənilir.

ДРУГИЕ СТАТЬИ