Bu həftəsonu Hokkenhaymda keçirilən mərhələ DTM çempionatında pilotlar, komandalar və markalar birinciliyindəki qaliblərin adlarını müəyyən edəcəkdir. Əslində markalar və komandalar çempionatında kimlərin qalib olacağı artıq bəllidir.

Pilotlar birinciliyində də üstünlük Mercedes pilotlarında olsa da, qüvvədə olan dünya çempionu Rene Rastın (Audi) da çempionluq şansları davam edir. Beləliklə, bu gün keçiriləcək ilk yarışın start düzülüşünü müəyyən edən sıralama sessiyası artıq başa çatıbdır.

İlk cərgədən Mercedes pilotları Lukas Auer və Qəri Paffett start alacaqdırlar. Lukas çempionatın liderilərindən biri olan Qəri Paffetti 0,102 saniyə üstəyələrək poulu əldə edib.

İkinci sıradan isə Timo Qlok (BMW) və Rene Rast yarışı başlayacaqdırlar. Üçüncü sırada Auqusto Farfus (BMW) və Niko Müller (Audi) qərarlaşıblar. İlk onluğu Filipp Enq (BMW), Pol di Resta (mercedes), Robin Fryins (Audi) və Edoardo Mortara (Mercedes) tamamlayıb.