Skoda Kodiaq vRS. Yeni fotoşəkillər

Bu gün “Auto Express” nəşri Skoda Kodiaq modelinin “qaynar” vRS modifikasiyasının yeni cəsus fotoşəkillərini dərc edib. Şəkillərdən də göründüyü kimi Kodiaq vRS krossoverinin prototipi demək olar ki, kamuflyaja malik deyildir. Xatırladaq ki, “qaynar” Skoda Kodiaq RS modeli payızda keçiriləcək Paris avtosalonunda debüt edəcəkdir.

Çex istehsaıçısının tədqiqatlar və inkişaf bölməsinin rəhbəri Kristian Strub (Christian Strube) "qaynar" modelin geniş imkanlara malik olduğunu bildirib. "Mən vRS seriyasının geniş imkanlara malik olduğunu görürəm. Zənnimcə, bu istiqamətdə olan çalışmalarımızı sürətləndirməliyik. Hesab edirəm ki, "qaynar" modellər portfelimizi genişləndirmək zamanı gəlib çatıb".

“Auto Express” dərgisinin iddiasına görə, “qaynar” krossover 2,0-litrlik TDI mühərrikinin ən güclü variantı ilə təchiz ediləcəkdir. Hazırda belə mühərrik Kodiaqla eyni platformada inşa edilmiş Tiguan krossoverində quraşdırılır. Alman krossoverindəki mühərrik 240 at qüvvəsi və 500 Nm hasil edir. Çox güman ki, Skoda Kodiaq RS modelində bu rəqəmlər başqa olacaqdır.

ДРУГИЕ СТАТЬИ