BMW şirkəti bayraqdar X7 krossoverinin yeni təsvirini yayıb. CLAR modul platformasında inşa edilmiş modelin kütləvi debütü cari ayın ortasında keçiriləcəkdir.

Yeni modelin zahiri görünüşünü avqust ayında dərc edilmiş patent təsvirlərində açıqlanmışdır. Bundan bir müddət əvvəl isə modelin Spartanburqdakı zavodda yığılma prosesini göstərən şəkillər də dərc edilmişdir. BMW X7 krossoverinin X5 modelindən 178 millimetr uzun, 16 millimetr enli və 55 millimetr hündürdür. Yeni krossoverin təkər bazasının uzunluğu 3010 millimetrdir. X5 krossoverində bu rəqəm 2975 millimetr təşkil edir.

X7 modelinin mühərrik çeşidinə 3,0-litrlik altı silindrli və 4,4-litrlik V8 benzin mühərrikləri və müxtəlif güc variantına malik olan 3,0-litrlik dizel mühərrikləri daxil edilibdir. Sonradan 740e iPerformance modelindən götürülmüş hibrid güc qurğusu da mühərrik çeşidinə daxil ediləcəkdir. Hibrid qurğunun hasilatı 326 at qüvvəsi və 500 Nm təşkil edir. Çəkiş sistemi arxa və tam ötürməli olacaqdır. Ötürmələr qutusu isə yalnız səkkiz pilləli ZF avtomatik ötürmələr qutusu olacaqdır.

BMW X7 modelinin təchizatına virtual cihazlar paneli və iDrive multimedia sisteminin yeni nəsli, aktiv M-Differensial, beş zonalı klimat-kontrol və Swarovski kristallrı olan ötürmələr qutusunun dəstəyi daxil olacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt