Tesla şirkəti personalı ixtisar edəcək

Ilon Maskın şirkət daxili poçt yazışması təsadüf nəticəsində ictimayyətə məlum olub. Bundan sonra, Mask sosial şəbəkələrdəki hesabında Tesla şirkətinin personalının 9 faizinin ixtisar olunacağını yazıb.

Bu ixtisar şirkətin 15 illik tarixində olan ən irimiqyaslı ixtisarasalmadır. Qeyd etmək lazımdır ki, son beş ildə Tesla şirkətinin əməkdaşlarının sayı 12 dəfə artıbdır. Maskın sözlərinə görə, sürətli artım bir sıra vəzifələrin təkrarlanmasına və digər vəzifələrə olan tələbatın yox olmasına gətirib çıxarıb.

Bununla belə, Mask ixtisarın Model 3 elektrokarının istehsalatında çalışanlara aid olmayacağını da bildirib. Bunun səbəbi, elektrokara olan yüksək tələbat və bəyan edilmiş istehsal həcminə nail olunmamasıdır.

Frimontdakı zavoda baş çəkmiş amerikan jurnalistləri istehsal meydançasında yeni robotların quraşdırıldığını, köhnələrin isə yenidən proqramlaşdırıldığını qeyd ediblər. Hətta, bir sıra postlarda əl əməyinin bərpa edildiyi də söylənilir.

Sayiələr görə, Gigafactory batareya fabrikində yaranmış problem də aradan qaldırılır. Robotlar hücrə bloklarını yığmağa müvəffəq olamadığı üçün, əməliyyatların insanlar tərəfindən həyata keçirilməsinə səbəb olmuşdur. Buna görə də, elektrosedanların buraxılmasında “tıxac” yaranmışdır.

Yeni avadanlığın quraşdırılması iri həcmli kapital qoyuluşunu tələb edir. Bu səbəbdən də, Tesla bu ilin birinci rübünü 710 milyon dollar ziyanla başa vurub. Mask öz məktubunda gəlirin əsas hədəf olmadığını da bildirib. O, əsas məqsədin yeni texnologiyaları xalqın sərəncamına vermək olduğunu söyləyib. Eyni zamanda, şirkət rəhbəri gəlir əldə etmədən qarşıya qoyulmuş məqsədə çatmağı olduğunu da qeyd edib.

Qənaət etmək gərək olduğu üçün isə, Tesla məcburi ixtisara əl atıb.

Mask ixtisara düşən əməkdaşlara minnətdarlığını bildirib və onlara layiqli müavinətin ödənəcəyini də bildirib. Şirkət rəhbəri bundan sonra ixtisara əl atmaq məcburiyyətində qalmayacağına da ümid etdiyini bildirib. Qalan əməkdaşlara isə, onları qarşıda gərgin əməyin gözlədiyini bildirib.

ДРУГИЕ СТАТЬИ