Çinlilər Tesla Model S elektrokarına rəqib hazırlayıblar

Tesla və BMW şirkətlərinin keçmiş əməkdaşları tərəfindən yaradılmış Byton markası ikinci modelinin prototipini nümayiş etdirib. Bu, K-Byte adını almış yığcam sedandır. Yeni sedan Tesla Model S elektrokarına rəqib ola bilər. Prototip Şanxayda keçirilən istehlak elektronikasının sərgisində nümayiş etdirilib.

Sedanın qabarit uzunluğu 4,95 metr, eni – 1,95 metr, hündürlüyü isə 1,5 metrdir. Byton K-Byte modelinin təkər bazasının ölçüsü üç metrə bərabərdir. Bununla belə, istehsalçı elektromobilin texniki hissəsi barədə məlumat verməyib. Yəganə məlum olan, yeni modelin əsasını brendin ilk modeli olan M-Byte krossoverinin inşa edildiyi modul platformasının təşkil etdiyidir.

Çin markasının nümayəndələri, yeni elektromobilin Byton şirkəti ilə Aurora firmasının birgə məhsulu olan dördüncü səviyyə avtonom idarəetmə sistemi ilə təchiz ediləcəyini də bildiriblər. Bu sistem aktivləşdikdən sonra sürücünün idarəetmə prosesində iştirakını tələb etməsə də, bəzi hallarda onun idarəetməyə müdaxiləsini nəzərdə tutur. Avtopilot sistemi aktivləşdikdən  avtomobilin ön, yan və arxa tərəflərindən çıxan xüsusi vericilərin köməyi ilə çalışır.

Byton K-Bte modelinin seriya variantı üç ildən sonra işıq üzü görməlidir. 500 kilometr yürüş məsafəsinə malik olan Byton M-Byte elektrik krossoveri isə 2020-ci ildə seriyaya getməlidir.

ДРУГИЕ СТАТЬИ