Audi A6 Allroad modelinin prototipi fotocəsuslara yaxalanıb

Bu günlərdə avtomobil aləminin fotocəsuslarına maraqlı bir avtomobil rast gəlib. Bu, Audi A6 Avant modelinin kamuflyaja bürünmüş modifikasiyasıdır. Soruşa bilərsiniz ki, artıq universal kuzovlu A6 artıq təqdim olunub və burada gizlədiləcək bir şey yoxdur. Əslində var.

Məlumdur ki, Audi A6 ailəsinə sedan və universaldan başqa, “qaynar” S6 modelləri, “bərkgedən” RS6 Avant  universalı və yolsuzluq üçün nəzərdə tutulmuş A6 Allroad modifikasiyası da daxildir. Yeni nəsil Audi A6 Allroad modelinin təqdimatının Paris avtosalonuna təyin edildiyi də sirr deyildir.

Çox güman ki, qarşımızdakıkamuflyaja bürünmüş universal məhz bu modelin prototipidir. Bu şəkillər isə,  yeni A6 allroad modelin sınaqlarının final mərhələsinə qədəm qoyduğundan xəbər verir.

Buna bir neçə cəhət dəlalət edir – ilk növbədə avtomobilin klirensinin standart Audi A6 Avant modelindən yüksək olması və bamperlərin formasındakı dəyişikliklər. Yeganə şübhə oyadan cəhət standart radiator barmaqlığının olmasıdır.

Çox güman ki, istehsalçı bunu qəsdən etmişdir.Məlumdur ki, Allroad modelləri xüsusi radiator barmaqlığı və kuzovun rənglənməmiş plastikdən hazırlanmış müdafiə qurşağı ilə təklif edilir.

ДРУГИЕ СТАТЬИ