Audi şirkəti ABŞ və Almaniyanın patent idarələrində firma loqotipinin yeni şəkillərini qeydə alıb. Auto Union AG dövründən mövcud olan dörd halqa vahid element şəkildə birləşəcək və yaxud kəsişən yalnız orta halqalar olacaqdır.

Bu barədə xəbər yayan Quattroworld saytının mülahizəsinə görə, yeni loqotiplər məhsul xəttinin genişlənməsi ilə əlaqədar hazırlanıbdır. Yaxın gələcəkdə Audi şirkətinin model xəttində avtonom və Şəbəkəyə qoşulan avtomobillərin peyda olacağı gözlənilir. Yeni loqotiplər həmin modellərdə istifadə edilə bilər. Məsələn, kəsişən mərkəzi halqaları olan emblem V2V protokolu ilə birləşəcək avtomobilləri təmsil edə bilər. 

Hazırki emblemə yaxın olan loqotip 1932-ci ilin əvvəllərində Audi, Horch, DKW və Wanderer şirkətlərinin Auto Union AG adı altında birləşməsindən sonra meydana çıxmışdır. İlk zamanlar markaların loqotipləri halqaların içərisində yerləşsə də, sonradan onlar "Auto Union" yazısı ilə əvəz edilmişdirlər.

Bu yaxınlarda Audi şirkətinin Horch brendini dirçəldəcəyi barədə məlumat peyda olmuşdur. Bu ad altında Audi A8 bayraqdar sedanının dəbdəbəli variantı təklif ediləcəkdir. Digər iki markaya gəldikdə isə, onların gələcək taleyi məlum deyildir.