Lincoln MKC krossoverinin adı Corsair olacaqdır

Lincoln şirkəti MKC krossoverini Corsair adlandırmaq niyyətindədir. Bu barədə "Automotive News" nəşri xəbər yayıb.

Krossover yeni adı 2020-ci ildə modelin yeni nəslinin təqdimatı ilə birlikdə alacaqdır. Bu yolla amerikan istehsalçısı hərflərdən ibarət indeksləri ənənəvi adlarla əvəzləyəcəkdir. Məsələn, bir müddət bundan öncə amerikan markası MKX krossoverinin adını Nautilus ilə əvəzləmişdir.

Nəşrin məlumatına görə, artıq yeni "Korsarı" növbəti nəsil Ford Escape (Kuga) və Explorer, həmçinin March 1 elektrik krossoveri və Continental sedanı ilə birlikdə dilerlərə nümayiş etdiriblər.  Lincoln MKC sedanı keçən ilin payızında yenilənibdir. Krossoverin təqdimatı Los-Anjelesdə keçirilib.

Yenilənmiş Linciln MKC modelini əvvəlkindən yeni radiator barmaqlığı, işıqdiodlarından olan ön fənərlər və baqaj qapağının üzərindəki xrom planka sayəsində ayırd etmək olar. Kuzovun qalan elementləri dəyişilməz qalıb. Krossover bir sıra yeni elektron köməkçiləri əldə edib. Onların arasında kor zonalara nəzarət, zolaqda saxlama, öndən qəzaları xəbərdarlıq edən və piyadaları aşkarlayan sistemlər daxildir. Bundan əlavə, MKC Black Label modifikasiyasına da sahib olub.

Bu modifikasiya daha dəbdbəli tərtibatı və pulsuz göstərilən xüsusi xidmətləri nəzərdə tutur. Məsələn, avtomobilin illik deteylinqi, yuyulması və Lincoln sahibləri üçün xüsusi təmlar təklif edən restoranlarda masaların bron edilməsini göstərmək olar. Krossoverin mühərrik çeşidinə 245 at qüvvəli 2,0-litrlik və 285 at qüvvəəli 2,3-litrlik EcoBoost mühərrikləri daxildir. Mühərriklər altı pilləli avtomatik ötürmələr qutusu ilə tandemdə çalışır. Krossover iki ötürmə ilə - öndən və tam çəkiş sistemləri ilə təklif edilir.

ДРУГИЕ СТАТЬИ