Ənənəvi olaraq Porsche şirkəti ən sərt və idman xarakteri olan modifikasiyaları GTS indeksi ilə nişanlayır. Əvvəllər də Panamera ailəsində belə bir modifikasiya mövcud olub. Lakin, bu ailənin yenilənməsindən sonra Panamera modelinin GTS variantı təqdim edilməmişdir. Bu gün bu çatışmamazlıq da aradan qaldırılıb.

Faktiki olaraq, yeni Porsche Panamera GTS modifikasiyası Panamera 4S və Panamera Turbo modellərinin arasında yer alacaqdır. Texniki cəhətdən yeni GTS modelini Panamera Turbo modifikasiyasının “sadələşdirilmiş” variantı adlandırmaq olar:  faktiki olaraq, hər iki modifikasiyanın kapotunun altında 4,0-litrlik səkkiz silindrli biturbo mühərrik durur.  

Qeyd etmək lazımdır ki, GTS modeli üçün nəzərdə tutulan mühərrik ciddi şəkildə “güc itirib”: Turbo variantında 550 at qüvvəsi və 770 Nm fırlanma anına malik olan güc aqreqatı, GTS versiyasında 460 at qüvvəsi və 620 Nm fırlanma anı təklif edir. Güc aqreqatı səkkiz pilləli PDK “robotu” və tam çəkiş sistemi ilə tandemdə çalışır. Bundan başqa, Panamera GTS standart olaraq idman buraxılış sistemi və Sport Chrono dəsti ilə təchiz edilir.

Yeni Porsche Panamera GTS  modeli 100 km/saat həddini 4,1 saniyəyə toplayır və 292 km/saat maksimal sürət həddinə malikdir. Panamera GTS Sport Turismo universalının sürətlənməsi eyni olsa da,maksimal sürəti bir qədər azdır – 289 km/saat.  Qeyd etmək lazımdır ki, GTS modeli idarəetmədə daha maraqlı olacaqdır.  Yeni GTS tənzimləmələri yenilənmiş pnevmatik asqıya, 10 millimetr azaldılmış klirensə və  idman xarakteristikalı adaptiv PASM amortizatorlarına sahib olub.

Panamera GTS digər modifikasiyalardan tərkibinə qara əlavələri olan başqa bamperlər, qara 20-düymlük təkər diskləri daxil olan Sport Design dəsti, salonun alkantara və alüminium ilə tərtibatı ilə seçiləcəkdir. Bundan başqa, yeni GTS modelinin avadanlıq siyahısına rəngli proyeksiya displeyi də salınıbdır. Yeni Porsche Panamera GTS modelin satışlarına yaxın zamanda başlanacaqdır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt