Payks Pikə dırmanacaq Bentayga modeli tam hazırdır

Bentley şirkəti Payks Pik dağına dırmanma yarışında iştirakı nəzərdə tutulan Bentayga krossoverinin hazırlanması prosesini başa çatdırıb. Bu avtomobilin köməkliyi ilə, britaniya istehsalçısı seriya avtomobilləri kateqoriyasında qeydə alınmış rekordu yeniləməyi planlaşdırır.

Krossoverin yarışlara hazırlanması prosesində şirkət mühəndisləri 300 kiloqram çəkisi olan daxili tərtibat materiallarında yaxa qurtarıblar. Onların əvəzinə salonda təhlükəsizlik karkası, yanğınsöndürmə sistemi, yarış kresloları quraşdırılıb.

Bundan əlavə, krossover xüsusi Pirelli şinlərini və Akrapiviç idman buraxılış sistemini əldə edib. Avtomobilin qalan elementləri isə, mülki Bentley Bentayga modelində olduğu kimi qalıb. Avtomobilin sükanı arxasında iki dəfə Payks Pikdə ümumi birincilikdə və 14 dəfə öz sinifində qalib gəlmiş Ris Millen olacaqdır. "Buludlara çıxacaq" krossover 608 at qüvvəsi və 900 Nm fırlanma anı hasil edən 6,0-litrlik W12 mühərriki ilə təchiz edilir. Bentayga pnevmatik asqını, tam çəkiş sistemini və 48-voltluq şəbəkədən qidalanan aktiv köndələn dayanıqlılıq stabilizatorlarını qoruyub-saxlayıbdır.

Hazırda Payks Pikin ən sürətli seriya ofroderi Range Rover Sport modelidir. 510 at qüvvəli ofroder 2013-cü ildə 156 döngəsi olan 20-kilometrlik trassı 12 dəqiqə 35,51 saniyəyə qət etmişdir.

ДРУГИЕ СТАТЬИ