"Forsaj" filminin qəhrəmanı satışa çıxarılıb

James Edition portalında maraqlı bir satış elanı dərc olunub. Bu, sürətli yarış qayığının 1650 at qüvvəli mühərriki ilə təchiz edilmiş 1970-ci ilin Dodge Charger modelidir. Avtomobil Çartvorsda yerləşən Fusion Luxury Motors diler mərkəzi tərəfindən satışa çıxarılıb.

Restomodun qiyməti elan edilməyib və diler yalnız xüsusi sorğu olarsa, o zaman qiyməti səsləndirəcəyini də bildirib. Avtomobil karbonplastikdən hazırlanmış kuzov panellərinə və Mercury Marine şirkətinin 9,0-litrlik V8 biturbo mühərrikinə sahibdir. Güc aqreqatını mühərrik bölümündə yerləşdirmək üçün, tünerlər onun şassisini ciddi şəkildə təkmilləşdiriblər. Bir çox detallar xüsusi olaraq bu layihə üçün hazırlanıbdır. Məsələn, radiator barmaqlığı 1,8-metrlik bütöv alüminium parçasından hazırlanıbdır.

Altı pilləli Tremec mexaniki ötürmələr qutusunun dəstəyi isə karbondan düzəldilibdir. Avtomobil 2015-ci ildə Las-Veqasda keçirilmiş SEMA tüninq sərgisində nümayiş etdirilib. Model "Forsaj" filmində və Cey Lenonun YouTube şousunda çəkilibdir.

Bundan başqa, Car&Driver və Road&Track nəşrləri də daxil olmaqla, amerikan avtomobil mətbuatında avtomobil barədə yüzdən çox məqalə dərc edilibdir.

ДРУГИЕ СТАТЬИ