Volvo şirkəti bu gün yeni nəsil S60 sedanını təqdim edəcək

Volvo şirkəti bu gün S60 sedanının yeni nəslini onlayn rejimində təqdim edəcəkdir.

Bir neçə gün bundan öncə, isveç istehsalçısı hələlik təqdim etmədiyi avtomobil üçün Polester Engineered adlı idman dəstini nümayiş etdirmişdir. Bu dəst yalnız avtomobilin T8 Twin Engine mühərriki ilə təchiz edilmiş modifikasiyası üçün nəzərdə tutulubdur. İdman dəstini birinci olaraq, yeni nəsil hibrid S60 sedanı, sonra isə V60 universalı və XC60 krossoveri əldə edəcəkdir. Bu dəstlə təchiz edilmiş avtomobillərin asqı və əyləc sistemləri, həmçinin mühərrikin idarəetmə elektronikası təkmilləşdiriləcəkdir.

Məlumdur ki, Volvo S60 T8 Twin Engine modeli tərkibinə 2,0-litlik dörd silindrli turbomühərrik və elektromotor daxil olan hibrid güc qurğusu ilə təchiz edilir. Hibrid qurğu 390 at qüvvəsi hasil edir. Polestar Engineering dəsti bu qurğunun gücünü 409 at qüvvəsinə, fırlanma anını isə 670 Nm-ə qədər artırmağa imkan verir. Bununla belə, istehsalçı S60 Polestar Engineering modelinin dinamik xarakteristikalarını açılamayıb. Onlar modelin daha qənaətçil olduğunu bildiriblər.

ДРУГИЕ СТАТЬИ