Ford şirkəti yenidən dirçəldilmiş Territory modeli barədə ətraflı məlumat verib. Yeni model amerikan istehsalçısı və Çinin Jiangling Motors Corporation ilə tərəfdaşlığının məhsuludur. Ford Territory əslində Yusheng S330 krossoverinin başqa dizayna malik olan variantıdır. İki avtomobil bir-birindən ön tərəfin dizaynı və təchizat səviyyəsi ilə fərqlənir.

Ford Territory krossoverinin qabarit uzunluğu 4580 millimetr, eni – 1936 millimetr, hündürlüyü isə 1674 millimetrdir. Onun təkər bazasının genişliyi 2716 millimetr təşkil edir. Ölçülərinə görə Territory Honda CR-V modelinə yaxındır.  Krossover 143 at qüvvəsi hasil edən 1,5-litrlikturbomühərrik ilə təchiz edilir. Eyni mühərrikin 163 at qüvvəli variantı isə Yusheng S330 modelinə quraşdırılır. Satışların başlanması ilə Ford krossoverin hibrid və qoşulan hibrid modifikasiyasını da təklif etməyi planlaşdırır.

Territory modelinin təchizatına 10,25-düymlük displeyi, Wi-Fi giriş nöqtəsi olan, 4G LTE rabitəsini dəstəkləyən və səslə idarə edilən multimedia sistemi, rəqəmsal cihazlar paneli və Co-Pilot360 təhlükəsizlik sistemləri kompleksi daxil edilibdir. Sonuncunun tərkibinə adaptiv kruiz-kontrol, öndən qəzaların qarşısını alan sistem, sor zonalara nəzarət funksiyası və aktiv parklanma yardımçısı daxildir.

Ford Territory yalnız Çin bazarında təklif ediləcəkdir.

Image alt Image alt Image alt Image alt Image alt Image alt