Audi və Hyundai yanacaq elementləri sahəsində əməkdaşlıq edəcəkdirlər

Audi və Hyundai şirkətləri birlikdə hidrogenlə işləyən güc qurğuları üzərində çalışacaqdırlar. İki şirkət arasında bağlanmış müqaviləyə əsasən tərəfdaşların əldə etdiyi nailiyyətlərdən Volkswagen və Kia şirkətləri də istifadə edə bilərcəkdirlər.

İstehsalçılar elektrik güc aqreqatlarını qidalandıran elektrik enejisini hasil edən hidrogen yanacaq elementləri texnologiyalarının inkişafı üzərində işləyəcəkdirlər. Şirkətlər bu sahədə olan lisenziyaları ilə də mübadilə edəcəkdirlər. Bu tərəfdaşlıq gələcəkdə hər iki tərəfə eyni güc aqreqatlarından istifadə etməyə şərait yaradacaqdır. Üstəlik, birgə çalışmalar belə sistemlərin maya dəyərini azaltmağa və onların istehsal həcmini artırmağa təkan verəcəkdir.

Audi və Hyundai yanacaq elementləri ilə çalışan modellərinin geniş unifikasiyasını da həyata keçirmək niyyətindədirlər. Bu ilin yanvarında Hyundai şirkəti ekoloji model xəttində Hyundai ix35 Fuel Cell modelinin əvəz edəcək Nexo hidrogen krossoverini nümayiş etdirib. Hyundai Nexo 120 at qüvvəli elektrik mühərriki, 40 kilovatlıq batareya və hidrogen yanacaq elementləri bloku ilə təchiz edilib. Krossover 590 kilometr yürüş ehtiyatına malikdir.

ДРУГИЕ СТАТЬИ