Renault şirkəti Logan modelinin yolsuzluq modifikasiyasını hazırlayır

Renault şirkətinin Logan modelinin yolsuzluq modifikasiyasını buraxacağı məlum olub. Bu barədə Rusiyanın “Vedomosti” nəşrinə şirkət daxilindəki mötəbər mənbə bildirib. Yeni modelin təqdimatı avqust ayının sonlarında işinə başlayacaq Moskva avtosalonunda keçiriləcəkdir.

Nəşrin müsahibinin sözlərinə görə bu təqdimat, yolsuzluq üçün nəzərdə tutulmuş Logan modelinin dünyəvi premyerası olacaqdır. Böyük ehtimalla, Renault Logan Stepway adlandırılacaq model 195 millimetrlik klirensə, kuzovun plastikdənhazırlanmış müdafiə qurşağına, həmçinin yeni interyerə və güc aqreqatına sahib olacaqdır. Bununla belə, avtomobil öndən çəkişlə təklif ediləcəkdir.

“AvtoVAZ” şirkətinin müəssisəsində istehsal ediləcək avtomobilin satışlarına bu ilin noyabrında başlanacaqdır. İyul ayında isə, markanın dilerləri yenilənmiş Logan və Sandero modellərini qəbul etməyə başlayacaqdırlar. Yenilənmiş modellərin görünüşü keçən ilin avqustunda nümayiş etdirilmişdir. Lakin, onların texniki xarakteristikaları açıqlanmayıb.

ДРУГИЕ СТАТЬИ