Nissan şirkəti Hindistan bazarı üçün hazırladığı Kicks krossoverini təqdim edib. Qeyd etmək lazımdır ki, eyni adlı krossover Braziliya, Meksika və Çində istehsal olunur. Hindistanda satılacaq Nissan Kicks modeli isə bizə yaxşı tanış olan B0 platformasında inşa edilibdir. Bu platformadan Renault Duster və Kaptur modellərinin istehsalında istifadə edilir. Kicks Hindistanda Nissan Terrano modelini əvəz edəcəkdir.

Beləliklə, “hindli” Kicks Renault Kaptur ilə eyni təkər bazasına malikdir - 2673 millimetr. Avtomobilin qabarit uzunluğu 4384 millimetr, eni – 1813 millimetr, hündürlüyü isə 1656 millimetrdir. Beləliklə, Kicks Latın Amerikasında satılan adaşından 89 millimetr uzun, 53 millimetr enli və 66 millimetr hündürdür .

Nissan şirkəti avtomobilin texniki hissəsi barədə məlumat verməyib. Böyük ehtimalla, krossover 110 at qüvvəli 1,5-litrlik benzin və 106 at qüvvəli eyni həcmli dizel mühərriki, həmçinin beş pilləli mexaniki transmissiya və ya variator ilə təchiz ediləcəkdir.  Tam çəkiş sistemi olmayacaqdır.

Hindistan üçün hazırlanmış Nissan Kicks modelinin Rusiya bazarında da satılacağı ehtimal olunur. Əgər bu şayiə təsdiqini taparsa o zaman avtomobilin bizim bazarda da təklif edilə bilər. 

Image alt Image alt Image alt Image alt