Nio brendinin sahibi olan Li Syan tərəfindən əsası qoyulan CHJ Automotive startapı ilk modelini təqdim edib. Leading Ideal One adlandırılmış model üç oturacaq cərgəsinə və dörd böyük ekranın quraşdırıldığı ön panelə sahib olan beş metrlik krossoverdir.

Krossoverin qabarit uzunluğu 5020 millimetr, eni - 1960 millimetr, hündürlüyü isə 1760 millimetrdir. Onun təkər bazasının genişliyi 2935 millimetrdir. Yeni model ümumi gücü 326 at qüvvəsi olan iki elektromotor ilə hərəkətə gəlir. Güc aqreqatları 40,5 kilovat-saatlıq tutumu olan litium-ion batareyalardan qidalanır.

Elektrik ötürməsi ilə krossover 180 kilometr yol qət edir. Akkumulyatorların doldurulması üçün 1,2-litrlik benzin turbomühərriki istifadı edilir. Turbomühərrik sayəsində avtomobilin yürüş məsafəsi 700 kilometr təşkil edir. Eyni zamanda, istehsalçı müntəzəm şəkildə aşağı sürətlə hərəkət etdikdə bu göstərici 1000 kilometrə qədər artırıla biləcəyini qeyd edib. Yerindən 100 km/saat həddini toplamağa krossover 6,5 saniyə sərf edir.

Avtomobilin ön panelində 12,3, 16,2 və 12,3-düymlük üç ekran, mərkəzi konsolda isə 10,1-düymlük bir displey quraşdırılıb. Sonuncu displey vasitəsi ilə klimat-kontrol və yardımçı funksiyaları idarə etmək mümkündür. oturacaq formuluna gəldikdə isə, ikinci cərgə iki variantda əlçatandır: bütöv divan və iki fərqi oturacaq. Üçüncü cərgədə iki oturacaq vardır. Bütün oturacaqlar Nappa dərisi ilə örtülmüş və qızdırılma funksiyasına malikdirlər. Ön oturacaqlar eyni zamanda havalandırmalıdırlar.

Krossoverin Çindəki satışlarına gələn ilin sonunda başlanacaqdır. Krossoverin təxmin edilən qiyməti 55 min dollardır.

Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt Image alt