Audi RS Q8 hibrid qurğuya malik olacaq

Kupeşəkilli Audi Q8 krossoverinin “bərkgedən” variantı olacaq RS Q8 modeli Porsche Panamera Turbo S E-Hybrid modelinin hibrid güc qurğusuna sahib olacaqdır. “Autocar” dərgisinin bildirdiyinə görə, bu model İnqolştadt istehsalçısının model xəttində ən güclü avtomobil olacaqdır. Audi RS Q8 güc xarakteristikalarına görə hətta Audi R8 V10 Plus superkarını da geridə qoyacaqdır.

İlkin məlumata görə, “bərkgedən” Audi RS Q8 krossoveri 550 at qüvvəsi hasil edən 4,0-litrlik “biturbosəkkizlik” və 136 at qüvvəsinə malik olan elektrik mühərriki ilə təchiz ediləcəkdir.  Panamera modelində bu qurğunun ümumi gücü 680 at qüvvəsi, fırlanma anı isə 850 Nm təşkil edir. Müqayisə üçün Audi R8 V10 Plus modelinin mühərriki 610 at qüvəsi və 560 Nm-ə malikdir. Güc qurğusu səkkiz pilləli iki muftalı robotlaşdırılmış ötürmələr qutusu və quattro tam çəkiş sistemi ilə tandemdə çalışacaqdır.

Yerindən 100 km/saat həddinə “bərkgedən” krossover dörd saniyəyə sürətlənəcək  və elektrik ötürməsi ilə 45 kilometr məsafə qət edəcəkdir.

Modelin standart təchizatına adaptiv pnevmoasqı, dartma vektoruna nəzarət sistemi, aktiv elektromexaniki köndələn dayanıqlılıq stabilizatorları və dönən arxa təkərlər daxil olacaqdır. Alman istehsalçısı

Audi Q8 modelini bu ayın əvvəlində Şanxayda keçirilən xüsusi tədbirdə təqdim edib. Yeni krossover mərkəzi Torsen differensialı olan tam çəkiş sisteminə, tam idarələnən şassiyə və “yumşaq” hibrid güc aqreqatlarına malikdir.   

ДРУГИЕ СТАТЬИ