Ford şirkəti «The Future Is Built» («Gələcək inşa edilmişdir») adlı reklam çarxında yeni Mustang modelinin təsvirini nümayiş etdirib. Bu çarxda Mustang modelinin elektrikləşməsinə işarə vurulur. Videoçarxda məşhur aktyor Brayan Krenston çəkilibdir.

Videotizerdə işıqlanan loqotipi, yeni işıqdiodlarından fənərləri və radiator barmaqlığının toru olmayan ön hissə əks etdirilir. Qeyd etmək lazımdır ki, bağlı formalı radiator barmaqlığından adətən elektrokar və digər ekoloji avtomobillərdə istifadə edilir.

Yeni nəsil Ford Mustang modelinin 2020-2021-ci illərdə debüt edəcəyi ehtimal olunur. Sportkar motorun ön tərəfdə yerləşməsini təmin edən, lakin tam çəkiş sistemini tətbiq etməyə imkan verən modul platformasında inşa ediləcəkdir. Maslkarın baza variantları əvvəlki kimi arxa çəkişli olacaqdırlar.

Hibrid aqreqatlı Ford Mustang modelinin buraxılacağı barədə məlumat 2017-ci ildə peyda olmuşdur. O zaman, istehsalçı beş il ərzində 13 elektrikləşmiş güc qurğusuna malik olan 13 avtomobili buraxacağını elan etmişdir. Bu modellər arasında Mustang, F-150 pikapı, 480 kilometrlik yürüş məsafəsinə malik olan yığcam elektrokrossover və pilotsuz hibrid də vardır.