Audi e-tron quattro elektrik krossoverinin təqdimatı təxirə salınıb

Audi şirkəti e-tron quattro elektrik krossoverinin təqdimatının keçirilməsi planlaşdırılan rəsmi tədbiri təxirə salıb. Şirkətdən tədbirin təxirə salınmasının səbəbi kimi “təşkilati çətinliklər” göstərilir. Financial Times nəşrinin bildirdiyinə görə, bunun səbəbi şirkətin rəhbəri Rupert Ştadlerin gözlənilməz həbsidir.

Audi Summit adlandırılan tədbir 30 avqust tarixində Brüsseldə keçirilməli idi. Bunun əvəzinə alman istehsalçısı tədbirin ABŞ-da təşkil edəcəyini bildirib. Lakin, tədbirin tarixi hələlik açılanmayıb. Artıq tədbirə dəvət almış Electrek nəşri mərasimin sentyabr ayında keçiriləcəyini iddia edir. Bu sammitin vacibliyini həbsindən bir ay öncə Financial Times qəzetinə müsahibə verən Rupert Ştadler təsdiq edib: “İnanın, bu sadəcə elektromobil deyildir. Bu növbəti kvant sıçrayışının dayaq nöqtəsidir”.

Audi şirkətinin rəhbəri 18 iyun tarixində öz evində Münhen prokurorluğunun sanksiyası ilə həbs edilibdir. Onu dələduzluqda və dəlillərin qizlədilməsində ittiham edirlər.Prokurorluq Ştadlerin avtomobillərdə stend sınaqları zamanı zərərli tullantıların səviyyəsini azaldan aldadıcı proqram təminatının quraşdırılması barədə xəbəri olduğunu güman edirlər. Ştadlerin vəzifəsinin müvəqqəti icrası Audi şirkətində 9 aydır çalışan Abraham Şota həvalə edilib. 

ДРУГИЕ СТАТЬИ