Audi şirkəti A4 ailəsini yeniləyib

Audi şirkəti yenilənmiş A4 ailəsini təqdim edib. Bu ailədən olan sedan və universallar yeni bamperlərə, təkər disklərinə və S line competition idman dəstinə sahib olublar. Yenilənmiş avtomobillərin Almaniyadakı satışlarına bu ilin üçüncü rübündə başlanacaqdır.

Yeni bamperləri yan hava girişlərinin beşbucaqlı formasına və duman əleyhinə olan fənərlərin U-şəkilli haşiyəsinə görə tanımaq olar. Radiator barmaqlığının dizaynı isə avtomobilin versiyasından asılıdır. Arxa tərəfdə isə səsboğucu sistemin trapesiya formalı çıxış boruları quraşdırılıbdır. Bu boruların arasında kiçildilmiş diffuzor vardır. Model üçün 16-19 düym arasında təkər diskləri təklif edilir. S line competition dəsti adi S line dəstinə əlavə olaraq işıqdiodlarından standart fənərlərin, idman asqısının, qırmızı rəngli supportların, qapılarən aşağı hissəsində Audi loqotipinin və 19 düymlük Audi Sport disklərinin mövcudluğunu nəzərdə tutur. Bundan başqa, avtomobil üçün yeni çalar Turbo Blue adlı mavi rəng və Audi RS4 modelinin üslubunda olan arxa spoyler də təklif edilir.

Əlavə olaraq S line competition dəstinin tərkibinə dəri və parça ilə örtülmüş idman oturacaqları, üç qollu sükan çarxı və karbondan olan dekor elementləri daxildir.  

ДРУГИЕ СТАТЬИ