Volkswagen I.D. R prototipi "Payks Pik" yarışının qalibi olub

Romen Dyüma Volkswagen I.D.R Pikes Peak elektrik prototipində “Payks Pik” dağa dırmanma yarışlarında qalib gəlib. Koloradoda keçirilən yarışda prototip nəinki bu ilki iştirakçıların arasında qalib olub, o həmçinin bu yarışların yeni rekorduna imza atıb.

19,99 kilometrlik uzunluğa və 156 döngəyə malik olan trassanın qət edilməsinə fransız pilot 7 dəqiqə 57,148 saniyə sərf edib. Bu 2013-cü ildə ralli üzrə doqquzqat dünya çempionu Sebastyen Lyöbün göstərdiyi zamandan 16 saniyə yeyindir. Lyöb o zaman 875 at qüvvəli Peugeot 208 T16 prototipini idarə edib.

Rekord yürüşündən sonra Dyüma əslində daha yeyin olduğunu bildirib və trassın yuxarı hissəsindəki buludların görünüşü pisləşdirməsi ucbatından yavaşladığını etiraf edib.

Payks Pik yarışlarında ikinci yeri Norma M20 SF PKP prototipini idarə edən Simone Fadcioli tutub. O, trassı 8 dəqiqə 37,23 saniyəyə qət edib.

Üçüncü nəticəni isə tamçəkişli Acura TLX GT sedanında çıxış edən Piter Kanningem göstərib – 9 dəqiqə 27,352 saniyə.  

ДРУГИЕ СТАТЬИ